Deputatlığa namizəd jurnalistləri siz də tanıyın - SİYAHI
07.10.2015 916 0.0 0

Azərbaycan Milli Məclisinə noyabrlın 1-də keçiriləcək seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin irəli sürülmə vaxtı başa çatdı. Məlumata görə, qeydə alınmış namiəzdlər sırasında xeyli jurnalistlər də var.

Seçkiyə qatılan jurnalistlərin siyahısını təqdim edirik.

Mətbuat Şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşov 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəddir. 

8 saylı Binəqədi birinci seçki dairəsi üzrə qeydə alınan namiəzdlərdən biri tanınmış yazar, müstəqil jurnalist Aysel Əlizadədir. Onun namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülüb. 

"Millət" qəzetinin baş redaktoru, AMİP Siyasi Şuranın üzvü Əli Orucov 9 saylı 
Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəddir. 

"Oxu məni" qəzetinin və mediainfo.az agentliyinin baş redaktoru Natiq Qocayev isə 10 saylı Binəqədi 3-cü seçki dairəsindən namizəd olub. 

“Gündəlik Teleqraf" qəzetinin şef-redaktoru Taleh Şahsuvarlı isə 16 saylı Yasamal ikinci seçki dairəsində deputat mandatı uğrunda mübarizə aparacaq. O, bitərəf namizəddir.

“Bütövlük” qəzetində baş məsləhətçi işləyən Sərvər Məsumov Milli Dirçəliş Hərəkatı Partiyasının deputatlığa namizədidir. O, 18 saylı Nərimanov-Nizami seçki dairəsində qeydə alınıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu 19 saylı Nərimanov birinci seçki dairəsində YAP-ın deputatlığa namizədi kimi qeydə alınıb.

Hərbi ekspert və müstəqil jurnalist Üzeyir Cəfərov 33 saylı Xətai birinci seçki dairəsində deputatlığa namizəd olub.

 

Müstəqil jurnalist Ülkər Musazadə də bitərəf namiəzd kimi 33 saylı Xətai birinci seçki dairəsində deputatlığa namizəd olub.

 

34 saylı Xətai ikinci seçki dairəsində “Haqqin qələbəsi" adlı qəzetin baş redaktorunun müavini, bitərəf  Nizat Qasımzadə də deputatlığa namizəd olub.

“Sumqayıt xəbər" qəzetinin işçisi Eyvaz Qocayev bitərəf namizəd kimi 43 saylı Sumqayıt üçüncü seçki dairəsində yarışacaq.

44 saylı Sumqayıt-Xızı seçki dairəsində qeydə alınan deputatlığa bitərəf namizədlərdən biri "Ocaq” qəzetində işləyən jurnalist Niyazi Talıblıdır.

Xanbəgim Bağırlı adlı xanım isə bitərəf namizəd kimi 46 saylı Şirvan seçki dairəsində deputatlığa namizəd olaraq qeydə alınıb. O, sənədlərdə jurnalist kimi qeyd olunub.

“İnterpress az" saytında ictimai əsaslarla işləyən jurnalist Ramal Hüseynov Vətəndaş Həmrəyliyi Partiyasının namizədi kimi 59 saylı Salyan seçki dairəsində qeydə alınıb.

Rüstəm Məlikov Salyan rayonunda çıxan "Qələbə" qəzetində çalışır. O, bitərəf namizəd kimi 60 saylı Salyan-Neftçala seçki dairəsində qeydə alınıb.

"Həkəri" ictimai-siyasi qəzetinin jurnalisti Rza Səfərov 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəddir.

 

"Qazeta.info" saytının təsisçisi və Baş redaktoru Heydər Çobanzadə isə 68 saylı Cəlilabad kənd seçki dairəsindən qeydə alınıb.

 

“Kirpi" jurnalının baş redaktor müavini Tapdıq Həsənov Azərbaycan Milli İstiqlal Partiyasının namiəzdi kimi 79 saylı İmişli seçki dairəsində mübarizə aparacaq.

“Azadliq və həyat" qəzetinin baş redaktor İxtiyar Rüstəmov bitərəf namizəd kimi 79 saylı İmişli seçki dairəsində qeydə alınıb.

İsrəfil Quliyev “Həqiqət və realliq” adlı qəzetinin baş redaktorudur. O, bitərəf namizəd kimi 80 saylı İmişli-Beyləqan seçki dairəsində deputatlığa namizəddir.

Mətbuat Şurasının üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas 81 saylı Beyləqan seçki dairəsində deputatlığa  iddia edən namizədlərdən biridir.

Raqif Əsgərov “Real press" qəzetinin baş redaktoru olaraq deputatlığa namizəd kimi 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə qeydə alınıb. O, YAP üzvü olsa da, seçkiyə öz təşəbbüsü ilə qatılıb.

117 saylı Oğuz-Qəbələ seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərdən biri "Oğuz yurdu" qəzetinin məsul katibi, bitərəf Aybəniz Babayevadır.

121 saylı Laçın seçki dairəsində isə “Laçın” qəzetinin redaktoru, bitərəf Mayıl İlyasov da 1 noyabrda deputat olmaq uğrunda çarpışacaq.

Elə buradaca, 121 saylı Laçın seçki dairəsində “xalqinfo.az” xəbər saytının baş redaktoru olan bitərəf Tural Mamedovun da namizədliyi qeydə alınıb.

123 saylı Kəlbəcər seçki dairəsində də bir jurnalist deputatlığa namizəd olub. Bu, "Kəlbəcər" qəzetinin baş redaktoru Nizami Həsənovdur


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar