Deputat yerli sakini küçə ortasında ələ saldı -VİDEO
05.07.2016 859 0.0 0

Ukraynada qalmaqallı görüntülər ortaya çıxıb.
 
Qazeta.info Baku.Ws-in məlumatına əsasən bildirir ki, deputat Aleksandr Zamanski arvadı ilə birgə küçədən keçən qadını vurub. Çəkilən görüntülərdən belə məlum olur ki, Aleksandr Zamanski və arvadı yerli sakini ələ salır. İddialara görə, qadın araba ilə evinə ərzaq apararkən yolunu kəsən maşına tərəf qışqırıb və sürücüyə söyüş söyüb.
 
Kadrlarda yerli sakinin yerdə uzandığı və ərzaqlarının yerə səpələndiyi görünür. Deputat və onun arvadı qadının ərzaqlarına göz gəzdirib və daha sonra avtomobilə minərək ərazidən uzaqlaşıb. 
 
Digər bir iddiaya görə, qadın sərxoş olub və deputatı təhqir edib. Daha sonra maşına hücum çəkən qadın çantası ilə avtomobilin şüşəsini sındırıb. Yolun ortasında uzanan qadın etirazını bildirib və özünü zərər çəkən qismində göstərib. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar