Deputat İqbal Məmmədovun Türkiyədəki biznesi üzə çıxab
19.08.2019 514 0.0 0

Deputat İqbal Məmmədovun Türkiyədə də şirkəti var.

Qazeta.info xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz feysbuk profilində məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Hüquqi ünvanı Ankara Çankaya Mustafa Kemal Mah. 2139 Cad. 2/1 olan ENENPI ENERJI INSAAT ITHALAT VE IHRACAT SANAYI VE TICARET ANONIM ŞIRKETI deputatın "Lebro" broyler şirkətinin rəsmi təmsilçisi olan, "Relax"dakı son hadisə ilə bağlı həbs olunan qardaşı oğlu Orxan Nərimanlının adına rəsmiləşdirilib.
2016-cı ilin martında təsis edilən şirkət Ankara Ticaret Odasında qeydiyyatdan keçirilib və günəş enerjisi sistemleri sektorunda fəaliyyət göstərir. Yəni Almaniyadan günəş panelləri alıb quraşdırır və enerjinin satışını həyata keçirir. Deputatın bu şirkətdəki şəriki Hüseyin Serin adlı türk işadamıdır. Şirkətin İzmirdə Bornova Kazım Dirik Mah. Sanayi Cad. No:33/110 ünvanında da ofisi var.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar