Danimarkada vəziyyət gərginləşir-ikinci silahlı basqın sinaqoqa oldu
15.02.2015 785 0.0 0

Danimarka paytaxtı Kopenhagenin mərkəzində Nörreport dəmir yol stansiyası yaxınlığındakı bir sinaqoqa  silahlı hücum həyata keçirilib.

Sinagoga təşkil edilən hücumla əlaqədar açıqlama verən polis, Sinaqoq hücumunda başından yaralanan 1 nəfərin həyatını itirdiyini bildirib. Hücumda yaralanan 2 polis məmurunun müalicə altına alınıb.
Kopenhagen polisi, 8 saat arayla həyata keçirilən  ikinci hücum sonrası bu səhər saat 04.00 radələrində  mətbuata açıqlama ilə çıxış edib.

Türkiyə mətbuatının  bildirdiyinə görə, yerli polis  rəhbərliyi hadisələ əlaqədar detal verməkdən yayınaraq sinaqoq hücumunda başından yaralanan vətəndaşın həyatını itirdiyini bildirib.

Beləliklə iki hücumda ölənlərin sayı 2-yə, yaralanan polislərin sayı isə 5-ə yüksəlib.Yaralanan polislərin həyati təhlükəsinin olmadığı bildirən yerli güc strukturu rəhbəri  bölgədə geniş miqyaslı təhlükəsizlik tədbirləri alındığını, hadisənin meydana gəldiyi sahədə təhlükəsizlik, xəttiylə tədbirlərinin görülərək vəzifəli şəxslər xaricində kimsəni əraziyə buraxılmadığını söyləyib.
Əlavə olaraq bildirək ki, paytaxtın ən işlək ikinci stansiyası sayılan Nörreport qatar Stansiyası boşaldılıaraq hərəkət  dayandırılıb.
Polis şəhərin daxilində həm Krudttönden hücumu, həm də sinaqoq hücumunun təşkilatçılarını axtarır. İki hadisənin bir-biriylə əlaqəsi olub olmadığı araşdırılsada, hələ şübhəlilərin yaxalanması istiqamətində hər hansı bir müsbət irəliləyişin olmadığı açıqlanıb.

Xatırladaq ki, Kopenhagendə  kafelərin birində  Həzrəti Məhəmmədin (s.ə.v)  karikaturalarını  çəkdiyinə görə  təhdid edildiyini söyləyən İsveçli karikaturaçı Lars Vilks tərəfindən 14 Fevral günü təşkil edilən  "Çarlie Hebdo hücumu və söz azadlığı" mövzusundakı toplantı da , silahlı şəxslər tərəfindən hücuma məruz qalmış, 3 polis yaralanaraq, bir vətəndaş isə  həyatını itirmişdi.


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar