«Dalniy Vostok» belə batdı (VİDEO)
03.04.2015 1062 0.0 0

Dalğıclar Oxot dənizində batmış "Dalniy Vostos" balıqçı gəmisinə çata bilmirlər. 

Rusiya mətbuatına istinadən verilən məlumata görə, 200 metr dərinlikdə olan gəmiyə çatmaq dalğıclar üçün əlçatmazdır. Onlar bu dərinliyə qədər enə bilmirlər. Dalğıclar maksimum 90 metr dərinliyə qədər enə, 60 metr dərinlikdə isə işləyə bilirlər. 

Artıq "Dalniy Vostok" balıqçı gəmisinin batmasının təfərrüatları da açıqlanıb. Şahidlərin sözlərinə görə, gəmi açıq dənizə çıxan zaman heç bir əlamət təhlükə barədə xəbər vermirmiş. Gəmi heyəti son anadək gəminin batmayacağına ümid edib. "Dalniy Vostok" bir neçə dəqiqə ərzində, bir göz qırpımındaca batıb. Faciənin baş verdiyini başa düşən az sayda heyət üzvü evakuasiyaya hazırlığa başlayanda isə artıq gec olub. Xilas edilmiş mexanikin sözlərinə görə gəmi kapitanı bütün bu müddət ərzində susub: "Kapitan bu müddət ərzində heç bir əmr vermirdi". 

Qeyd edək ki, "Dalniy Vostok" balıqçı gəmisi aprelin 1-i gecə saatlarında batmışdı. Gəmidə ümumilikdə 132 nəfər olub. Gəmidəki 7 nəfərdən ibarət azərbaycanlıdan 4-ü xilas edilib. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar