Daha bir vəzifəli şəxs həbs olunub
02.11.2015 882 0.0 0

Rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən podratçı şirkətin rəhbəri Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Etibarlı mənbədən verilən məlumata görə, N.Məmmədovun və şirkətin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqəsi var.

Mənbə bildirib ki, N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib.

Lakin Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov Trend-ə bildirib ki, həmin şəxs nazirliyin əməkdaşı deyil./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar