Daha bir partiya sədri prezidentliyə namizədliyini irəli sürüb
19.02.2018 906 0.0 0

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Məlumata görə, bu barədə qərar partiya məclisinin iclasında qəbul edilib.

Ə.Əliyev namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcək.

Xatırladaq ki, MSK indiyədək 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-nə təyin edilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar