Daha bir iş adamı üçün beynəlxalq axtarış
16.05.2015 816 0.0 0

Azərbaycan türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

 

Məlumata görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, 47 yaşlı Yıldırım Çağlı vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

 

Əldə etdiyi məlumata görə Yıldırım Çağlı Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub.

 

Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.
 
Onların hamısı vergidən yayınmada ittiham olunur./apa/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar