Daha bir azarkeş öldü
14.06.2016 681 0.0 0

Fransada keçirilən Avropa çempionatının gedişində daha bir azarkeş ölüb. Məlumata görə, hadisə Nitsa şəhərində baş verib.

Polşa - Şimali İrlandiya matçından sonra şimali irlandiyalı bir fanat sahilə yürüşə çıxıb. Gecə saatlarında baş verən hadisə zamanı ayağı sürüşən azarkeş 8 metr yüksəklikdən qayalıqlara düşərək həlak olub. Polis ölən fanatın içkili olduğunu açıqlayıb.

 

Rusiya-İngiltərərə matçı

Fransada təşkil olunan Avropa çempionatında ilk ölüm hadisəsi İngiltərə - Rusiya matçından öncə qeydə alınıb. Oyun qabağı hər iki komandanın azarkeşləri arasında qalmaqal yaşanıb. Fransa mətbuatı iddia edir ki, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş vəfat edib. Bu, Avropa çempionatında ilk ölüm kimi yadda qalıb. Bundan öncə də İngiltərə millisinin azarkeşləri qalmaqala səbəb olmuşdu. Adadan gələnlər Marsel əhalisi ilə əlbəyaxa olmuşdu.


Fransanın Marsel şəhərində İngiltərə futbol komandasının azarkeşləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Azarkeşlər polisə şüşə qablar atıblar. Futbol azarkeşləri arasında kütləvi davalar zamanı xəsarət alanların sayı 35-ə çatıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Polis gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb. Toqquşmalara futbol üzrə İngiltərə və Rusiya yığmaları arasında heç-heçə başa çatan matç səbəb olub.

Bu, Fransada "Avro-2016" başlayandan bəri azarkeşlər arasında ilk kütləvi dava deyil. Futbol həvəskarları artıq bir neçə gündür ki, Marsel şəhərində iğtişaşlar yaradırlar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar