Cüdu yarışlarında Avropa çempionlarının mübarizə aparacaqları tarixlər
24.06.2015 805 0.0 0
Yeddi Avropa çempionu qadın cüdo idmançısından altısı bu yarışda iştirak edəcək

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, 25 iyun tarixində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək Bakı 2015 Avropa Oyunları çərçivəsində cüdo yarışı üzrə 3 gün ərzində 173 qadın cüdoçu səkkiz qızıl medal uğrunda mübarizə aparacaq.

Bura 57 kq çəki dərəcəsində gözdən əlil olan cüdoçuların da titul uğrunda mübarizəsi daxildir. Bununla da cüdo Bakı 2015 çərçivəsində keçirilən Paraolimpiya idman növünə daxil olan yeganə idman növüdür.

Bakı 2015 cüdo yarışı həmçinin 2015-ci ilin Avropa Çempionatını əvəz edir. Yeddi çəki dərəcəsindən altısını təmsil edən Avropa çempionları burada iştirak edəcəklər. Yalnız 52 kq çəki dərəcəsində olan zədəli kosovalı idmançı Maylinda Kelmendi titulunu saxlamaq uğrunda mübarizəsini apara bilməyəcək.

Keçən üç Olimpiya Oyunlarının yeddi medalçısı bu oyunlarda iştirak edəcək.

1-ci gün (Cümə axşamı, 25 iyun)

Qadınlar arasında 48 kq

Avropa çempionu olan macarıstanlı Eva Ksernoviçzki qızıl medal uğrunda mübarizədə öz titulunu qorumaq üçün üç döyüşdə qalib gəlməlidir. O, püşkatmada Bakıda qızıl medalı qazanmaq istəyən belçikalı Çarlin Van Snik ilə eyni yarımqrupa düşüb. Onlar mübarizələrində qalib gələrlərsə, yarımfinalda üzləşəcəklər.

Qadınlar arasında 52 kq

Rusiyalı Nataliya Kuziutina və rumıniyalı Andreya Çitu dünya və Avropa çempionu Kelmendinin yerini tutmağa əsas namizəd cüdoçulardır. Hər ikisi təcrübəli idmançıdır və əvvəllər qızıl medal uğrunda mübarizədə üzləşiblər. Onlar yenə də, qızıl mübarizəsində qarşılaşa bilərlər. Belə ki, hər biri püşkatmada ayrı-ayrı qruplara düşüblər. Alman Mareen Kraeh keçən il Budapeştdə Qran Pri yarışında qalib gəlib. Eyni zamanda Afina 2004 Olimpiya Oyunlarının bürünc medalçısı belçikalı Heylen də mübarizəyə qoşulub.

Qadınlar arasında 57 kq

Üç Olimpiya medalçısı bu kateqoriyada yarışacaq. İtaliyalı Giuliya Quintavalle Pekin 2008-də qızıl medal qazanıb, rumıniyalı Korina Kaprioriu və fransalı Antomne Pavia London 2012 oyunlarında müvafiq olaraq gümüş və bürünc medallar qazanıblar. Pavia həmçinin qabaqcıl Avropa çempionudur və son dünya çempionatında bürünc medal qazanıb.

Onlar bu yarışda olan yeganə yüksək səviyyəli idmançılar deyil. Pavianın bölgüsündə ən güclü rəqibi, həmçinin Bakıda keçən il keçirilmiş Qrand Slamın qalibi olmuş ikiqat Avropa çempionu avstriyalı Sabrina Filzmoser var. Öncəki 10 çıxışnda 10 medal qazanmış portuqaliyalı Telma Monteiro özünün 11-ci Avropa Çempionatında döyüşəcək.

2-ci gün (cümə, 26 iyun) 

Qadınlar arasında gözdən əlillərin cüdo yarışı 57 kq

Səkkiz cüdoka bu kateqoriyada yarışacaq. Yerli ulduz Səbinə Abdullayeva dünyada 3-cü yerdədir. Onun ilk rəqibi dünyada 6 nömrəli sayılan ispaniyalı idmançı Maria Monika Merensiano Herrero olacaq.

Qadınlar arasında 63 kq

Dünya və Avropa çempionu fransalı Klarisse Aqbeqnenou digər bir titul üçün ən yüksək iddiaçı kimi görünür. 2014-cü ildə, o, beynəlxalq döyüşlərinin 32-də qalib gəlib. Son iki cüdoka avstriyalı Katrin Untervurzaçer və israil Yarden Qerbi 2013-cü ildə onu məğlub edə bilmişdilər. Untervurzaçer Aqbeqnenou ilə yarım finalda görüşəcək, Qerbi isə qızıl medal görüşünə qədər gözləməli olacaq.

Qadınlar arasında 70 kg

Hollandiyalı Kim Pollinq Avropa çempionudur. O, titulunu üç il ard-arda qoruyub. Onun rəqiblərindən biri, bu ilin əvvəlində bakıda keçirilmiş Qrand Slamda məğlub etdiyi britaniyalı idmançı Salli Konvey olacaq.

3-cü gün (şənbə, 27 iyun)

Qadınlar arasında 78 kq

Britaniyalı Gemma Qibbons və fransalı Audrey Çeumeo London 2012 oyunlarının müvafiq olaraq gümüş və bürünc medalçılarıdır. Çeumeo dünya çempionatlarında gümüş medal qazanıb və hazırda Avropa və dünyada 1-ci sıradadır. Nömrə 2 idmançı Anamari Velensek isə kiçik, lakin güclü Sloveniyanı təmsil edir.

Qadınlar arasında 78 kq

Digər fransız cüdoka qızıl medal üzrə başqa iddiaçıdır. Emilie Andeol Bakıya Avropa çempionu, Avropa reytinq siyahısının lideri və son dünya çempionatının bürünc medalçısı kimi gəlir. Onun ən güclü rəqibi Avropada nömrə 2 olan almaniyalı Franziska Konitz olacaq Onlar bir-biri ilə qızıl medal görüşündən qabaq qarşılaşmayacaqlar.

 

GNS ck/kd


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar