«Çox papa-papa deyirlər»
14.04.2015 779 0.0 0

“Burada çox papa-papa deyirlər. Qırxı çıxmış Papa haqqında danışmağa dəyməz. Papanın 40-ı çoxdan çıxıb". 

Məlumata görə, bunu Milli Məclisin deputatı Zeynəb Xanlarova bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib.

ABŞ-dan yeni gəldiyini deyən deputat bildirib ki, orada bir sıra görüşlər keçirib: “Hətta Nyu-Yorkun meri ilə görüşdük. Mer mənim ABŞ-da keçirdiyim konsertimə də gəlmişdi. O deyirdi ki, mən Azərbaycanı çox istəyirəm. Hətta ailəsi ilə bir yerdə bizim ölkəyə köçmək istədiyini bildirirdi. Hətta yəhudi sineqoqlarında da Azərbaycana məhəbbət olaraq ölkə bayrağı asılıb”. 

Xanım deputat hər dəfə xarici ölkədən səfərdən qayıdanda Bakıda başqa gözəlliklər gördüyünü də bildirib. Onun sözlərinə görə bəziləri bu gözəllikləri kor gözləri ilə görmürlər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar