Cövhər Tsarnayev barəsində ölüm hökmü çıxarılıb
16.05.2015 724 0.0 0

2013-cü ildə Boston marafonunda törədilən partlayışlarla bağlı təqsirli bilinən Cövhər Tsarnayev barəsində ölüm hökmü çıxarılıb.

 

Məlumata görə, bu barədə “Boston Globe” qəzeti xəbər verib.

 

Cövhər Tsarnayev işi üzrə məhkəmənin ikini mərhələsi aprelin 21-də başlamışdı. O,30 maddə üzrə günahkar bilinib ki, onlardan 17-si ölüm cəzasını nəzərdə tutur.

 

Qeyd edək ki, 21 yaşlı Cövhər Tsarnayev qardaşı Tamerlanla 2013-cü il Boston marafonu zamanı 3 nəfərin ölümü, 264 nəfərin yaralanması ilə nəticələnən terror hücumunun iştirakçısı olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar