Tarix: 10.12.2016,   Saat: 08:59, Şənbə.          

Çörək bahalaşacaq? - Rəsmi AÇIQLAMA

Azərbaycanda son günlər çörəyin qiymətinin bahalacağı ilə bağlı əsassız məlumatlar dolaşır. İddia edilir ki, Tarif Şurasının qərarı ilə təbii qaz və elektrik enerjisinin qiymətinin dəyişməsi çörəyin bahalaşmasına səbəb olacaq. 

Heç bir fakta söynənməyən bu məlumatlar insanlar arasında təşviş yaradıb.

Marketlərdə aparılan müşahidələr göstərir ki, hal-hazırda çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb. 

Çörək istehsalı ilə məşğul olan iri müəssisələrdən saytımıza daxil olan məlumata əsasən, un məmulatlarının qiymətinin qaldırılması gündəmdə deyil. 

“Hazırda çörəyin qiyməti çəkisinə görə 40, 50 qəpik təşkil edir. Təbii qaz və elektrik enerjisinin qiymətinin dəyişməsi bizim müəyyən etdiyimiz tariflərə təsir etməyəcək. Təşvişə düşmək lazım deyil. Qiymət artımı müzakirə mövzusu deyil”,-deyə bildirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzVision.az-a açıqlamasında çörəyin bahalaşacağı haqda iddiaları yalanlayıb. Bildirib ki, hazırda bu məsələ nazirlikdə müzakirə olunmur və belə fakta rast gəlinməyib.

İqtisadiyyat və Sənaye Nazirliyidən isə bildirilib ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır və monitorinqlər zamanı çörəyin satış qiymətində heç bir qiymət artımı qeydə alınmayıb.



  Bölmə: Manşet | Baxış sayı: 928 | Tarix: 30.11.2016, 15:25


Xəbərlər