CNN: İŞİD silahlıları Mosulda 284 nəfəri edam edib
22.10.2016 563 0.0 0

 İraqın Mosul şəhəri ətrafında İŞİD terror qruplaşmasının silahlıları 284 nəfəri edam edib.
 
Məlumata görə, bu barədə CNN telekanalı İraq təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat verib.
 
Məlumata əsasən, öldürülənlərin əksəriyyəti kişilərdir. Edam edilənlər arasında uşaqlar da olub. Silahlılar insanları  güllələyərək qətlə yetirib, meyitləri buldozerlə  ümumi məzara atıblar.
 
CNN-in xəbərinə əsasən, məlumat hələ ki rəsmi təsdiqini tapmayıb.
 
Qeyd edək ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar