Çində partlayış zamanı 3 nəfər ölüb, 21-i yaralanıb
22.02.2017 676 0.0 0

 Türkiyənin İstanbul şəhərində “Xocalıya Ədalət” həftəsinə start verilib.
Məlumata görə, Azərbaycanın şəhərdəki Baş Konsulluğunun təşəbbüsü ilə Beşiktaş sahilində yerləşən “Dəniz muzeyi”ndə Xocalı faciəsinin qurbanları anılıb.
Tədbirdə Türkiyənin mötəbər şəxsləri, o cümlədən Hərbi Dəniz Qüvvələrinin nümayəndələri, Şimal dəniz qüvvələrinin dəniz komandiri Həsən Şürü Korlu, birinci ordu komandiri Musa Asverən, İstanbul meri Vasip Şahin, türk millət vəkilləri, bir çox xarici ölkələrin baş konsulları və eləcə də dərnək nümayəndələri, konsulluq əməkdaşları və türk mediasının qabaqcıl qurumlarının təmsilçiləri iştirak ediblər.
Açılışda çıxış edən Azərbaycanın baş konsulu Məsim Hacıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri ağılasığmaz vəhşilikləri tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıb. Üstündən 25 il ötməsinə baxmayaraq, tarixin bu "qara ləkəsi"nə lazımi hüquqi qiymətin verilməməsindən şikayətlərən M.Hacıyev, ədalətin bərqərar olacağına və dünya birliyinin erməni faşizminə layiqli cəzanı verəcəyinə ümid etdiyini bildirib.
İstanbul meri Vasip Şahin, öz növbəsində Türkiyənin hər zaman, hər addımda Azərbaycanın yanında olacağını, onun haqq səsinin dünyaya çatdırılmasında qardaş əlini uzadacağını bildirib.
“Bu gün biz də Xocalıda günahsızcasına qətlə yetirilən qardaş və bacılarımızın ruhu qarşısında baş əyirik” deyən Vasip Şahin Azərbaycan coğrafiyasının zəngin təbii sərvətlərini ələ keçirməyin əsrlər boyu düşmənlərin əsas hədəfi olduğunu diqqətə çatdırıb. İstanbul meri bildirib ki, "nə biz, nə də Azərbaycan heç bir ölkəyə qarşı soyqırımı törətməyib, günahsız əhaliyə nə səsimiz yüksəldi, nə də əlimiz qalxdı. Bunu edənlər hüquq qarşısında cəzalandırılmalıdır”.
Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı faciəsindən bəhs edən 150 rəsmin sərgiləndiyi “Dəniz muzeyi”nin salonunu gəziblər. “Xocalı faciəsi uşaqların gözü ilə” adlı sərgidə nümayiş olunan rəsmlər Yedditəpə Universitetinin azərbaycanlı professoru, rəssam Rafiq Əzizovun tələbələrinə məxsusdur. Sərgi fevral ayının 26-dək ziyarətə açıq olacaq. “Dəniz muzeyi”nə İstanbulda fəaliyyət göstərən nəhəng Azərbaycan şirkətləri gül çələngləri göndəriblər./Report/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar