Çində güclü partlayışların baş verdiyi ərazidə sağ qalmış şəxs aşkarlanıb
14.08.2015 632 0.0 0

Çinin Tyantszin şəhərində xilasedicilər avqustun 13-nə keçən gecə baş vermiş güclü partlayışlardan sonra hadisə yerində sağ qalmış şəxsi aşkarlayıblar.   “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

 

Son məlumata görə, Tyantszin şəhərində güclü silsilə partlayışlar nəticəsində 50 nəfər ölüb, 701 nəfər xəsarət alıb, onlardan 71-nin vəziyyəti ağırdır. Daha 21 nəfər itkin düşmüş hesab edilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar