Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
18.01.2017 828 0.0 0

Çin Tayvan administrasiyası təmsilçisinin ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimində iştirakına qarşıdır.
TASS-a istinadən xəbər verilir ki, bu, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin məsələ ilə bağlı bəyanatında vurğulanıb.
“Biz Tayvan administrasiyasının andiçmə mərasiminə nümayəndə göndərməsinə qarşıyıq. Çin ABŞ-ı Tayvanla rəsmi təmas saxlamamağa və administrasiya təmsilçisinin andiçməyə getməsinə yol verməməyə çağırır”, - çinli diplomat bildirib.
Qeyd edək ki, Çan Kayşinin tərəfdarları Çindəki vətəndaş müharibəsində məğlub olduqdan sonra 1949-cu ildə Tayvan adasına sığınıblar. Həmin vaxtdan indiyədək Tayvanda özünüidarə qurumu fəaliyyət göstərir. Adanın öz bayrağı və başqa dövlət atributları var. Çin hakimiyyəti Tayvanı ölkənin ayrılmaz tərkib hissəsi sayır.
Xatırladaq ki, yanvarın 20-də ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək. Həmin tədbirdə Çinin ABŞ-dakı səfiri Tsuy Tyankay da iştirak edəcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar