«Charlie Hebdo» jurnalından ani qərar- Peyğəmbərin karikaturalarından imtina olundu
18.07.2015 565 0.0 0

Fransada nəşr edilən həftəlik satirik jurnal “Charlie Hebdo” (Çarlinin gündəliyi) Məhəmməd Peyğəmbərin karikaturlarını dərc etməkdən imtina edib.

Məlumata görə bunu jurnalın baş redaktoru Loran Surisso bəyan edib.
“Biz Peyğəmbərin karikaturalarından özünüifadə azadlığı prinsipini qorumaq üçün istifadə etmişik” deyə Surisso jurnalın bu qərarını izah edib.

Onun sözlərinə görə nəşrin əməkdaşları öz işlərini görüblər – satirik rəsmlərə haqqlarını müdafiə ediblər. "Riss" psevdonimi altında tanınan rəssam Loran Surisso, rəsmlərin məqsədinin İslam dinin tənqidi olmadığını bildirib. “Charli Hebdo” jurnalının ofisinə hücüm zamanı yaralanan rəssam, baş redaktor vəzifəsinə həmin gün öldürülən Stefan Şarbonyenin əvəzinə təyin olunub.

 

Loran Surisso - “Charli Hebdo”nun baş redaktoru

 

Stefan Şarbonye

 

 

7 yanvar 2015-ci il tarixində Parisdə “Charli Hebdo” jurnalının ofisinə 3 silahlı şəxsin hücum etməsi nəticəsində 12 nəfər həlak olmuşdur ki,onlardanda 10 jurnalın əməkdaşları idi. Terror aktından bir az sonra silahlılar zərərsizləşdirilmişdi. Hücuma səbəb jurnalın üz qabığında Məhəmməd Peyğəmbərin karikaturasının dərc olunması olmuşdu. 

"Charlie Hebdo"nun ofisi

 

Jurnalın ofisinə hücum edənlər 
Foto: CBS 

 

Terror aktının təşkili və jurnal əməkdaşlarının öldürülməsinə görə məsuliyyəti “Əl-Qaidə”terror təşkilatının Yəmən qolu öz üzərinə götürmüşdü.

1969-ci ildən nəşr olunan "Charlie Hebdo" jurnalı fəaliyyəti ərzində əsasən dini məzmunlu karikaturalar yayımlayıb. Jurnal əsasən Xristian , İslam və Yəhudilik dinlərində müqəddəs hesab edilən inancları ilə bağlı silsilə karikaturalar dərc edir. Karikaturalara görə tez-tez adı qalmallarda hallanan jurnal bu səbəbdən bir necə dəfə məhkəməyə verilib. “Charlie Hebdo”nu ən çox məhkməyə verənlər arasında 
Katolik kilsəsi var. Vatikan və İsa Məsih barədə müxtəlif məzmunlu karikaturaları ilə jurnal xristian dünyasının da böyük etirazına səbəb olub.

Dini mövzularla yanaşı fransalı karikaturaçılar həmçinin dünya siyasi liderlərindəndə ilham alırlar. Onlar qələminə elə Fransa Prezidenti Fransua Olland başda olmaqla, prezidentlər Vladimir Putin, Barak Obama, Almaniya kansleri Angela Merkel, Şimali Koreya lideri Kim Çen In və Rusiya baş naziri Dmitri Medvedev tuş qəlib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar