Çexiya parlamenti Deputatlar Palatasının sədri Azərbaycana gəlib
13.03.2016 584 0.0 0

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin rəhbərlik etdiyi nümayəndə heyəti martın 13-də Azərbaycana rəsmi səfərə gəlib.
 
Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.
 
Jurnalistlərə müsahibəsində Yan Hamaçek Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirib. Çexiyanın bir çox sahələrdə Azərbaycanın güclü tərəfdaşı olduğunu vurğulayan Deputatlar Palatasının sədri ölkələrimiz arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiklərini söyləyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar