Ceff Bezos bu iş üçün milyardlarla dollar sərmayə ayırıb
24.01.2022 329 0.0 0

“Amazon” şirkətinin qurucusu Ceff Bezos qocalma əleyhinə “Alto Labs” adlı startapa 3 milyard ABŞ dolları sərmayə ayırıb.

Bu barədə “The Sunday Times”a istinadən xəbər verilir.

Nəşr qeyd edib ki, startap artıq 59 yaşlı Hal Barronu icraçı director vəzifəsi üçün öz sıralarına cəlb edib. O, əvvəllər Britaniyanın “GlaxoSmithKline” əczaçılıq şirkətinin baş elmi işçisi olub.

Layihədə həmçinin Nobel mükafatı laureatları Sinya Yamanaka (pluripotent kök hüceyrələrin əldə edilməsinə görə fiziologiya və tibb üzrə mükafat) və Cennifer Dudnanın (genomun redaktəsi metodunun işlənib hazırlanmasına görə kimya üzrə mükafat) da iştirak edəcəyi bildirilir.

Qeyd edilir ki, alimlər nəticəyə gedən yolda hüceyrələrin yenidən proqramlaşdırılması prosesini - onların kök vəziyyətinə qayıtmasını öyrənməyi planlaşdırırlar.

Nəşr vurğulayıb ki, layihənin uğurunu təmin etmək hələ tezdir, lakin ehtimala görə, tədqiqatçılar qocalmanın qarşısının alınması sahəsində yeni kəşflər edə biləcəklər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar