ÇEÇENİSTAN BÜTÜN DÜNYANI MAT QOYDU-VİDEO-FOTO
20.01.2015 5071 0.0 0

Çeçenistanın paytaxtı Qroznuda, Hz Məhəmməd Peyğəmbərin (s.a.s) karikaturalarının dərc olunmasına etiraz etmək məqsədiylə "Mən Məhəmməd Peyğəmbər (s.a.s) sevirəm"  şüarı ilə mitinq təşkil olunub.

Çeçenlər səhər saatlarından etibarən paytaxt Qroznıdakı "Çeçenistanın ürəyi" məscidində gəlməyə başlayıb.

Əllərində "Biz Həzrəti Məhəmmədi (s.a.s) sevirik", "Əllərinizi Peyğəmbərimizdən çəkin", "Biz karikaturaların nəşr olunmasına qarşıyıq" yazılı şüarlar daşıyan iştirakçılar, "Ey Allahın Rəsulu biz səni sevirik" dedi, salavat və təkbir gətirdilər.

Yüz minlərlə adamın qatıldığı mitingtə Çeçenistan Dövlət Başçısı Ramazan Kadirov, Avropadakı jurnalistlər və siyasətçilərin saxta ifadə azadlığı və demokratiya örtüyü altında "təhqir və mədəniyyətsizlik azadlığı" inkişaf etdirdiyini və milyonlarla inanclı insanın duyğularını təhqir etdiyini bildirib.

Kadirov, çıxışında bildirib ki, "Bu gün bütün müsəlmanlara müqəddəs olan Həzrəti Məhəmmədə karikatura yolu ilə təhqir edənlərə və onları dəstəkləyənlərə qarşı etirazımızı bildiririk. Fransa rəhbərliyi, hücumu təşkil edənlər və karikaturanı yayınlayanları qınamaq yerinə, qan tökülməsinə səbəb olanları dəstəkləmək üçün küçə nümayişi təşkil etdi. Biz bu gün Peyğəmbərimizə qarşı edilən həqarətin qəbul edilməz olduğunu və lazım olduğunda onun üçün özümüzü fəda etməyə hazır olduğumuzu göstəririk. Bunun hər kəs tərəfindən bilinməsini istəyirik. İslam sülh və həmrəylik dinidir. Biz öz ölkəmizdə və dünyada sabitliyin təmin edilməsini istəyirik. "

Mitinqdə iştirak edən Grozni və Maxaçqala Patriarxı Varlaam, Rusiya Ortodokslarının Müsəlman qardaşlarının yanında olduğunu bildirərək Həzrəti Məhəmmədə və insanların dini duyğularına təhqir edənlərə, dinlər arasında nifrət oyandırmağa çalışanlara qarşı olduqlarını söyləyib.

 

Xatırladaq ki , verilən məlumatlara görə , Mitinqdə 1 milyondan artıq adam iştirak edib.

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar