Çayından kişi meyiti tapılıb
29.04.2017 805 0.0 0

Ağsu rayonunda traktor sürücüsünün meyiti tapılıb.

Məlumata görə, Ağsu çayının içərisində daş toplayan fəhlələr orada işləyən traktor sürücüsü, Qaraqaşlı kənd sakini, 1960-cı il təvəllüdlü Allahverdiyev Xudaverdi Qardaşxan oğlunun meyitini tapıblar. Onun cəsədi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə göndərilib. X.Allahverdiyevin ölümünün səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

 

Faktla bağlı araşdırma aparılır.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar