Çavuşoğlu Türkiyə-ABŞ danışıqları barədə Lavrovu məlumatlandırıb
14.03.2018 710 0.0 0

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ölkəsinin Suriya ilə bağlı ABŞ-la apardığı danışıqlar barədə rusiyalı həmkarını məlumatlandırıb.

 

Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovdeyib.
 
"Siz türkiyəli həmkarlarımızın Suriya münaqişəsi ilə bağlı amerikalılarla təmasları barədə soruşdunuz. Bəli, biz bu gün Türkiyə xarici işlər nazirindən bu barədə məlumat aldıq. Buna görə təşəkkürümüzü bildiririk. Onun da dediyi kimi, bütün məsələlər üzrə yüz faiz razı deyilik. Lakin fikir mübadiləsi səyləri koordinasiya etməyə və məqsədə çatmağa kömək edir", - deyə S. Lavrov jurnalistin sualına cavabında bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar