Çavuşoğlu ilə Kerri arasında telefon danışığı olub
01.10.2016 597 0.0 0

Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
 
APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.
 
“Sentyabrın 30-da ABŞ tərəfinin təşəbbüsü ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Söhbət zamanı Suriya böhranı, o cümlədən Hələbdəki son vəziyyət və ölkəyə humanitar yardımın çatdırılması məsələsi müzakirə edilib.   Tərəflər adıçəkilən məsələlər ətrafında fikir mübadiləsi aparıb, yaxın gələcəkdə görüləcək mümkün tədbirləri müzakirə ediblər”, məlumatda deyilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar