Tarix: 10.12.2016,   Saat: 14:49, Şənbə.          

Çaqqal Karlos — Dünyanın bir nömrəli terrorçusu

Bəziləri onu sadə xalqın hüquqları uğrunda mübarizə aparan romantik şəxsiyyət, bəziləri isə qəddar terrorçu sayır. Çaqqal ləqəbli Ramires Sançes dünyanın ən məşhur beynəlxalq terrorçularından biridir. O, bir çox siyasətçinin, müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşlarının, xüsusi agentlərin ölümünə səbəb olub. Çaqqalın hər aksiyası mətbuatda qızğın mübarizələrə səbəb olub.

 

Bioqrafiyası

Ramires 1949-cu ilin 12 oktyabr tarixində Venesuelada anadan olub. Çaqqal gənclik dövründə 10-dan çox ölkədə yaşayıb. Onun ailəsi intelligent ailə idi. Dindar müsəlman olan anası vaxtının çoxunu dini öyrənməyə sərf edirdi. Ramiresin atası qatı kommunist idi. O, SSRİ-nin yaranma ideyasını dəstəkləyir, Vladimir Leninə pərəstiş edirdi. Bu səbədən üç övladını Leninin şərəfinə adlandırmışdı. Karlosun əsl adı İlyiç Karlos Ramiresdir. Atasının təkidi ilə İlyiç Karlos sol görüşlü Fermin Toro Lyüsinin məktəbində təhsil alır. Karlos uşaq yaşlarından təhsilə böyük maraq göstərir. O, əsasən ədəbiyyat, fəlsəfə və iqtisadiyyatla maraqlanırdı. Atasının və onun dostlarının təsiri ilə İlyiç kommunist gənclər təşkilatının sıralarına daxil olur.

15 yaşı olanda Karlos Karakas küçələrində polislə toqquşmalarda birbaşa iştirak edir. İlyiçin anası siyasi radikalizmin tərəfdarı deyildi. Bu səbəbdən Venesuelada vəziyyətin çətinləşməsi onu övladları ilə birlikdə İngiltərəyə köçməyə məcbur edir.

Karlos atasının təkidi ilə Londondan Moskvaya, universitetdə təhsil almağa yollanır. Burada o, dünyanın müxtəlif ölkələrindən olan tələbələr arasında həmfikirlərini tapır. Onlar arasında Fələstin azadlıq hərəkatının üzvləri də var idi.

 

 

Fələstin azadlıq hərəkatında fəaliyyət

Bu təşkilat radikal sol görüşlü idi və onun məqsədi Fələstin ərazilərini İsrail işğalından azad edərək xalq hakimiyyətini bərqərar etmək idi. 70-ci illərdə Fələstin azadlıq hərəkatı populyarlıq qazandı. Bütün dünyada onun özəkləri yaradılmışdı. Təşkilat Avropanın radikal sol görüşlü qurumları ilə sıx əməkdaşlıq edirdi.

Ramires Sançes Muhəmməd Budia ilə sıx münasibət qurur. Bu səbəbdən 1970-ci ildə Moskvadan Yaxın Şərqə yollanır. Burada o, Fələstin azadlıq təşkilatının sıralarına daxil olur və düşərgələrdən birində təlim keçməyə başlayır. Bu düşərgələr Fələstin üsyançıları tərəfindən yaradılmışdı.

Cəbhədə döyüş fəaliyyəti üçün nəzərdə tutulmuş hərbi hazırlıqdan başqa bu düşərgələrdə şəhər şəraitində əməliyyat planlamaq və həyata keçirmək də öyrədilirdi. Sançes təhsil vaxtı uğur qazandı və onu təşkilatın Avropa üzrə agenti təyin etdilər.

Beynəlxalq terrorizm

70-ci illərin əvvəlində Sançes Londona qayıdaraq məlumat toplamağa başladı. O, tərtib etdiyi siyahıya Sion təşkilatının önəmli şəxslərinin adını və İsrail tərəfdarlarını daxil edir. Bir neçə il sonra İsrail xüsusi xidmət orqanları Budianı qətlə yetirirlər. Sanços təşkilatın Avropa bölməsinin başçısına çevrilir. “Mark və Spenser” şirkətinin rəhbəri ilk hədəf kimi seçilir. Sui-qəsd uğursuz alınır. İsrail siyasətini səhifələrində dəstəkləyən nəşriyyat orqanlarına qarşı növbəti aksiyalar təşkil edilir. Gecə saatlarında minalanmış bir neçə avtomobil redaksiyanın qarşısında partladılsa da, heçkim xəsarət almır. Oteldə axtarışlar zamanı jurnalistlər Sançesin özü ilə gəzdirdiyi “Çaqqalın günü” romanını tapırlar. Bu müddətdən sonra mətbuat ona Çaqqal ləqəbi verir.

 

Digər qruplaşmalarla əməkdaşlıq

 

1974-cü ildə Yaponiyanın Qızıl Ordusu Haaqada Fransa səfirliyinə hücum təşkil edir. Qəfil təşkil edilən hücum Hollandiya rəhbərliyinə lazım olan tədbirləri həyata keçirməyə imkan vermir. Səfirliyin demək olar ki, bütün əməkdaşları əsir götürülür. Tezliklə dalana dirənən danışıqlar başlayır. Fransızları güzəştlərə vadar etmək üçün Ramires Sançes Paris kafesində əl qumbarası partladır. Bu hadisədən sonra Fransa hökuməti yaponlarla dialoqa başlayır. Amma bəzi tədqiqatçılar əl qumbarasının məhz Sançes tərəfindən atıldığını təkzib edir.

 

 

Çaqqalın növbəti aksiyası Uruqvay diplomatının qətli ilə bağlı olur. Təsdiqlənməyən məlumata əsasən, aksiya Latın Amerikasının radikal qruplaşmasının üzvləri tərəfindən törədilir. 1975-ci ildə İlyiç Ramires Sançes Avropanın 1 nömrəli terrorçusuna çevrilir. Onun pozucu fəaliyyəti bütün fransız xüsusi xidmət orqanlarını qəfil yaxalayır. Fələstin azadlıq təşkilatının üzvləri İsrail hava şirkətinə məxsus təyyarəni atəşə tuturlar. Hücum uğurlu alınmır. Bir neçə gün sonra analoji terror aktı törədilir. Ramires 3 nəfər silahdaşı ilə gizlənir. Xüsusi xidmət orqanları onları ələ keçirmək üçün fəaliyyətə başlayırlar. Fələstin azadlıq təşkilatı liderlərindən biri ələ keçirildikdən sonra ərazi nəzarət idarəsi sol radikalların mərkəzi sayılan evlərdən birinə hücum edir. Sançes tutulsa da, silahını çıxararaq bir neçə xüsusi xidmət orqanı əməkdaşını qətlə yetirərək aradan çıxır.

Çaqqal əsasən Karlos Andree Martines Torres, Hektor Luqo Dyüpon, Senon Mariya Klark, Adolf Xose Müller Bernal, Flik Ramires, Qlenn Gebhard, Əhməd Adil Favaz adlarından istifadə edib.

 

 

Çaqqalın terror aksiyaları

Cozef Sieffaya qarşı sui-qəsd

Vyanada OPEC iclası zamanı binanı ələ keçirmək və 100-ə yaxın dövlət nümayəndəsini əsir götürmək.

Fransada 5 nəfərin ölümü ilə nəticələn avtomobil partlayışı.

İsrailin Lod hava limanında terror aksiyası. Nəticədə 25 nəfər həlak olur.

Paris hava limanında təyyarəyə raket hücumu.

İsveçrə təyyarəsinə qoyulan bomba. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra partlayır. 200 sərnişin həlak olur.

Moskvadakı əlaqələri hesabına Karlos yapon terrorçu Kodzo Okamoto ilə əlaqə qurur. Okamoto iki silahdaşı ilə Romadan İsrailə uçur. Hava limanında çantaya yerləşdirilmiş silah və əl bombasından istifadə edərək kütləyə atəş açılır. 28 nəfər həlak olur, 26 nəfər yaralanır. Terrorçular polis tərəfindən öldürülür. Bu aksiyaya görə Çaqqal 1 milyon funt sterlinq pul mükafatı alır.

1974-cü ildə Karlos Hollandiyaya uçur. Planı həyata keçirmək üçün yaponların “Qızıl ordu” terrorçularından istifadə edir. Fransa səfiri və əməkdaşları əsir götürülür.

Onu həbs etmək üçün gələn 3 nəfər xüsusi xidmət orqanı əməkdaşını qətlə yetirir.

Vyana terror aktından sonra Suriyalı siyasi miqrant qətlə yetirilir.

Fələstin azadlıq təşkilatına mane olan fələstinli partizanların lideri və bir neçə komandir qətlə yetirilir.

1976-cı ildə Tel-Əviv-Paris reysi ilə uçan sərnişin təyyarəsi ələ keçirilir. Amma plan uğursuz alınır.

Bu uğursuzluqdan sonra Karlos bir müddət yoxa çıxır. O, Qəddafi üçün Liviyada partizan hazırlayır. Şərqi Berlin, Suriya, Çexoslovakiya, İraq, Cənubi Yəmən və Macarıstanda peyda olur.

1978-ci ilin may ayında Karlos Londonda peyda olur. Onu həbs etmək alınmır.

1982-ci ildə İsrail ordusu Beyruta hücum edəndə, Karlos Hizbullah fanatlarına xidmətlərini təklif edir. Karlos Fransanın Beyrutda fəaliyyət göstərən hərbi missiyasının 58 üzvünü qətlə yetirir.

1991-ci ildə Körfəz müharibəsindən əvvəl Karlos Səddam Hüseyn tərəfindən Bağdada dəvət edilir. İraq lideri terrorçudan əgər Küveytə hücum zamanı Qərb güc tətbiq etmək istəsə, dünyanın bir çox ölkəsində genişmiqyaslı terror aktları törətməyi xahiş edir. Əməliyyat üçün Karlosa 10 milyon dollar təklif edilir. Amma Suriya və digər ərəb dövlətlərinin təkidi ilə Çaqqal Huseynin təklifindən imtina etməyə məcbur olur.

İsveç baş naziri Ulof Palmenin və Beyrutda 200-dən çox Amerika dənizçisinin qətli.

 

Son iş və həbs

Sançesin ən səs-küylü terror aktı 19 dekabr tarixinə təsadüf edir. Ramiresin də daxil olduğu 6 nəfərlik kiçik dəstə neft ixracatı ilə məşğul olan dövlətlərin qurultayı keçirilən binanı ələ keçirdilər. 100 nəfər əsir götürüldü. Çaqqal və adamları müxtəlif ölkələrin 11 nazirini və digər şəxsləri bir müddət binada əsir kimi saxladılar. 3 nəfər qətlə yetirildi. Avstriya hökuməti terrorçuların tələbinə əsasən təyyarə verdi və kiçik dəstə Əlcəzairə uçaraq yenidən gizlənməyi bacardı. Bu hadisədən sonra Sançes bir neçə əməliyyat keçirsə də, özü bu əməliyyatlarda iştirak etmir. 1994-cü ildə Fransa xüsusi xidmət orqanları Çaqqalı həbs edir.

 

 

Onlar Çaqqalı Sudanda tapdılar. Dünyanın bir nömrəli terrorçusu xəstələnmişdi və müalicə olunurdu. Fransızlar Karlosu xəstəxanadan oğurlayaraq Parisə apardılar.

O, ömürlük həbsə məhkum edilir. Sançes vaxtından əvvəl əfv olunma hüququndan da məhrum edilib.

Çaqqal 1980-ci illərdə Paris və Marseldə bir neçə terror aktında şübhəli bilinirdi. Onun hücumu 11 nəfərin ölümünə səbəb olmuşdu. Fransa hökuməti uzun müddət Çaqqalın bu cinayətlərdə əli olduğunu sübut edə bilmirdi. Amma 1994-cü ildə həbs zamanı prokurorluq Venesuela vətəndaşını məsuliyyətə cəlb edə bildi. Prokuror müttəhim üçün 18 il həbs cəzası tələb etsə də, hakimlər kollegiyası bu cəzanı məqbul saymayaraq, ömürlük həbs cəzası barədə hökm oxudular.

Onun indi 60-dan çox yaşı var. Terrorçu şəxsən 80 nəfərdən çox insan qətlə yetirdiyini etiraf edir./Olke.az/

 



  Bölmə: Gün | Baxış sayı: 531 | Tarix: 24.11.2016, 23:40


Xəbərlər