Canavarlar kəndə hücum etdi
30.03.2017 847 0.0 0

Kürdəmir rayonunda canavarlar kəndə hücum edib. Məlumata görə, hadisə gecə saatlarında rayonun Muğanlı  kəndində baş verib. Kənd sakini, 80 yaşlı Ağamusa Ağasəf oğlu Hacıyevin fərdi təsərrüfatına hücum edən vəhşi heyvanlar 2 baş heyvanı parçalayaraq tələf edib, 8 başa müxtəlif dərəcəli xəsarət yetirib, 7 baş qoyunu isə aparıb. Hadisə yerinə rayon baytarlıq idarəsinin əməkdaşları cəlb olunub. Yaralı heyvanlar vaksinasiya edilib, tələf olanlar isə dərmanlanaraq torpağa basdırılıb. Təsərrüfat sahibi A. Hacıyev belə bir hadisə ilə 2-ci dəfədir üzləşdiyini deyir. Hətta gündüz saatlarında da, canavarların kənddə göründüklərini deyən sakinlər analoji hadisələrin tez-tez baş verdiyini və bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.                                                                                  

 

Qeyd edək ki, Aran bölgəsində kəndlərə vəhşi heyvanlar tez-tez hücum edir. Sakinlər belə hadisələrin Kürdəmir rayonu ilə sərhəddə yerləşən Ucar və Zərdab rayonlarında da tez-tez baş verdiyini deyirlər. Kürdəmir Rayon Baytarlıq İdarəsini rəisi Mehdi Nəsirov bunu son illər canavar ovuna qadağa qoyulması, bu səbəbdən onların sayının artması və vəhşi heyvanların yaz aylarında daha aqressiv olmaları ilə əlaqələndirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar