Cəlilabadda su bəndi aşıb, Ələt-Astara magistral yolu bağlanıb
27.10.2016 914 0.0 0

Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində su bəndi aşaraq ətraf ərazini basıb.
 
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətovun Məlumata görə, suyun səviyyəsi intensiv yağışlar səbəbindən qalxıb.
 
Hadisə nəticəsində Ələt-Astara magistralının rayonun Alar kəndindən keçən hissəsini də su basıb və yol bağlanıb. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə rayonun müvafiq qurumları hərəkətə gətirilib. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Cəfərli kəndi ərazisindən alternativ yol açılıb.
 
Hazırda işlər davam etdirilir.
 
Xatırladaq ki, yağan intensiv yağışlar Cəlilabadda bir sıra fəsadlar törədib. Rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb. Su axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib.
 
Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyekti su altında qalıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar