Cəlilabadda qeyri-adi təbiət hadisəsi baş verib - FOTO
28.01.2016 776 0.0 0

Cəlilabad rayonunda qeyri-adi təbiət hadisəsi baş verib.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, qış ayında rayonun Uzuntəpə kəndində alça ağacı gül açıb.

Hadisə yerli sakin Nəsir Cəfərovun fərdi təsərrüfatında qeydə alınıb. Qar yağdıqdan sonra ağacların kollarını təmizləyən təsərrüfat sahibi budaqlarında qar olan alça ağacının gül açdığını görüb. Havaların 2 gündür şaxtalı keçməsinə baxmayaraq, ağacın gülləri solmayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar