Cəlilabadda meşə yanğını baş verib
30.07.2015 545 0.0 0

30 iyul 2015-ci il tarixində saat 14 radələrində Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın hadisəsi baş verib. 
Qazeta.info ETSN-ə istinadla bildirir ki, Yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub. 
İlkin ehtimala görə yanğının baş verməsinə səbəb avtomobildən atılan siqarət kötüyü olub.
Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar