Cəlilabadda kütləvi dava olub, 5 nəfər bıçaqlanıb
10.04.2017 961 0

əlilabadda baş verən kütləvi davada 5 nəfər bıçaqlanıb.
Məlumata görə, hadisə rayonunun Nar bağı adlanan ərazisində qeydə alınıb.
Dava nəticəsində rayon sakinləri Amid Möhsümov, Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubov xəsarət alıb.
İlkin məlumata görə, xəsarət alanlar 10 nəfərdən ibarət qrup tərəfindən döyülərək bıçaqlanıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Fakt araşdırılır./apa/
Digər xəbərlər:
Şərhlər