Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
27.01.2022 332 0

Cəlilabad rayonunda itkin düşən gənc qız tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev deyib.
O bildirib ki, rayonun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyevanın Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində olduğu yer müəyyən edilib və ailəsinə təhvil verilib.
Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ilin noyabr ayının 6-da Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər