Bulvarda 39 yaşlı kişi intihar edib
27.03.2017 1053 0.0 0

Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində intihar hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 21:25-də başa çatıb.

İntiharın səbəbləri hələlik məlum deyil..


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar