Əbülfəs Qarayev Mətbuat Şurası tərəfindən mükafatlandırılıb
10.07.2015 626 0.0 0

10 iyul 2015-ci il tarixində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən konfransda mədəniyyət və turizm naziri  Əbülfəs Qarayev Mətbuat Şurası tərəfindən "Azərbaycanda informasiyalı cəmiyyət quruculuğundakı xidmətlərinə görə" diplomu ilə  təltif edilmişdir.
Qazeta.info
Mədəniyyət və Turizm Nazirliyinə istinadla bildirir  ki,  konfrans Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 iyun 2015-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin qeyd olunması ilə əlaqədar Tədbirlər Planı"na əsasən Prezident Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar