Əbülfəs Qarayev Lənkəranda vətəndaşlarla görüşüb
27.04.2017 668 0.0 0

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lənkəranda vətəndaşlarla görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbulda Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarının sakinlərinin iştirakı ilə 30-dan artıq vətəndaşın müraciətinə baxılıb.
 
Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
 
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
 
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar