Bu ərazilərdə su olmayacaq
24.01.2018 781 0.0 0

Bakı şəhəri Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Qazeta.info “Azərsu” ASC-nin mətbuat xidmətinə istinadla bildirir ki, Bakı şəhəri Məhəmməd Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 yanvar 2018-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar