Bu rayonlarda təbii qaz olmayacaq
01.10.2019 549 0.0 0

Dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər. Bu zaman xəttin üzərindəki siyirtmə də yararsız hala düşüb.

Qazeta.info "Azəriqaz" İB-nin məlumatına əsasən bildirir ki, baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə 5 kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb. Bu gündən bərpa işlərinə başlanılacaq.

Bundan başqa bildirək ki, oktyabrın 1-də səhər saat 10:00-dan 2 rayonda qaz təchizatı dayandırılacaq. Belə ki, Qaradağ rayonunun Ələt qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində sazlama işləri ilə bağlı qəsəbədə bir qrup abonentin qaz təchizatında fasilələr olacaq. Pirallahı rayonu “Yeni qəsəbə” ərazisini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində və Kamil Rzayev küçəsinə gedən yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar isə rayon ərazisində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar