Bu rayonlarda qaz olmayacaq
01.04.2016 498 0.0 0

Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.


Qazeta.info SOCAR-a istinadla bildirir ki, aprelin 1-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” və “Şahağacı”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Hacıməlik” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Göygöl rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Astara rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar