Bu qidalar ağciyər xərçəngi riskini azaldır
28.10.2019 532 0.0 0

ABŞ-ın Tennessi ştatında yerləşən Vanderbilt Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri ABŞ, Avropa və Asiyadan 1,4 milyon insanın sağlamlıq məlumatlatını araşdırıblar.

Qazeta.info "Ölkə.Az" -ın məlumatına əsasən bildirir ki, araşdırma iştirakçılarının qatıq (yoqurt) və lifli qidalar (avokado, qoz, itburnu, əncir, noxud, lobya, kokos, meyvə quruları) istehlakı ilə sağlıq vəziyyətləri arasındakı münasibət diqqət çəkib. Hər gün belə qidalardan istifadə edən şəxslərin heç istifadə etməyənlərlə müqayisədə ağciyər xərçənginə tutulma riskinin 33 faiz daha aşağı olduğu müəyyənləşib.

Qatıq və lifli qidalardan istifadənin ürək-damar, sinir sistemi xəstəliklərinə qarşı müdafiə xüsusiyyətli olduğu da daha öncəki araşdırmalarda aşkarlanmışdı.

Bu araşdırmanın nəticələri “JAMA Oncology” jurnalında yer alıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar