Bu nazirlik Hökumət Evini tərk edir
03.04.2018 1091 0.0 0

Azərbaycanın Energetika Nazirliyi Hökumət Evindən çıxır. 

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, dünəndən nazirliyin aparatının yeni ünvana köçürülməsinə başlanılıb. 

Bundan sonra qurum Heydər Əliyev prospekti, 152 ünvanında (Çinar Plaza) yerləşəcək. İş mərkəzinin 12, 14 və 16-cı mərtəbələri Energetika Nazirliyinə ayrılıb. Nazirliklə yanaşı, onun tabeliyində olan qurumların da bura köçürüldüyü bildirilir. 

Energetika Nazirliyinin Hökumət Evindəki köhnə ünvanının isə İqtisadiyyat Nazirliyinin balansına veriləcəyi gözlənilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar