Bu il uşaqlara ən çox verilən adlar açıqlanıb - SİYAHI
10.12.2016 1131 0.0 0

Bu ilin 11 ayı ərzində Azərbaycanda doğulan uşaqlara daha çox Yusif (3184) adı verilib.
Ədliyyə Nazirliyinə istinadən xəbər verilir ki, bu il ərzində doğulan körpələrə verilən adlar arasında Zəhra (2809), Nuray (2029), Hüseyn (2200), Fatimə (1790), Əli (2063), Aylin (1564), Zeynəb (1745), Ömər (1640), Məryəm (1469), Ayan (1276), Məhəmməd (1339) adları üstünlük təşkil edib.
Bundan başqa, uşaqlara çox verilən adlar arasında Murad (1232), Mələk (1301), Tunar (1225), Uğur (1141), Dəniz (1055), Xədicə (964), Ayxan (1128), Mədinə (1203), Gülay (916), Leyla (909), İbrahim (859), Fidan (775), Damla (598) kimi adlar da yer alıb.
Qeyd edək ki, son beş ildə Azərbaycanda doğulan körpələrə daha çox Yusif (19940), Zəhra (18935), Nuray (14267), Hüseyn( 13726), Fatimə (13450), Əli (13425), Aylin (9333), Zeynəb (9251), Ömər (8940), Ayan (8929), Məhəmməd (8574) kimi adlar verilib.  /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar