Bu il ABŞ İrana 1,7 milyard dollar ödəyib
07.09.2016 680 0.0 0

"ABŞ hakimiyyəti bu ilin yanvarında 1970-ci illərin sonunda baş tutmayan silah sövdələşməsinə görə, İrana 1,7 milyard dollar nağd pul ödəyib".

 "Associadet Press"ə istinadən xəbər verilir ki, bu haqda ABŞ-ınMaliyyə Nazirliyi açıqlama yayıb.

Məlumatda bildirilib ki, cari ilin yanvarın 17-də ABŞ İrana 400 milyon dollar ödəyib. Hər iki tərəf bunu təkzib etsə də, sonradan həmin məbləğin İslam Respublikasında saxlanılan amerikalı girovların azad edilməsi üçün İrana ödənildiyi məlum olub.

Məbləğin 1,3 milyard dolları isə cari il yanvarın 19-da ödənilib. ABŞ bu məbləği 1979-cu ilin fevral inqilabından sonra iki ölkə arasında silah satışına dair sövdələşməni yerinə yetirmədiyi üçün ödəyib.

Qeyd edək ki, bir müddət əvvəl Florida ştatının senatoru, ABŞ prezidentliyinə keçmiş namizəd Marko Rubio senata İrana ödənişin edilməsini yasaqlayan qanun layihəsini təqdim etmişdi. Həmin layihədə o, "İranın terrorçuluğunun qurbanlarına kompensasiyanın" verilməsini tələb edirdi.

Xatırladaq ki, bu il aprelin 21-də ABŞ-ın Ali Məhkəməsi İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların terrordan zərərçəkən amerikalı ailələrə verilməsi haqda qərar qəbul edib. Bu məbləğ 241 əsgərin ailəsinə veriləcək. 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı beyrutda “İslami-Cihad” və “Hizbullah”ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransız əsgər həlak olub.

1979-cu il islam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulmuşdu. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar