Bu, III Dünya savaşına səbəb olacaq
30.09.2016 1366 0.0 0

Suriya konflikti III Dünya müharibəsinin başlanmasına səbəb ola bilər.

 

Məlumata görə, bunu Ukrayna mətbuatına açıqlamasında ukrayn ekspert Yevgeni Yaroşenko söyləyib.

 

Onun sözlərinə görə, hazırda bu ölkə çoxlu qlobal, regional və lokal toqquşmaların məkanına çevrilib:

 

“Formal olaraq bu müharibə ölkədaxili konflikt adlanır, amma burada Rusiya, İran, Türkiyə və ABŞ hərbi mövcudluğunu saxlayır. Buna görə də həmin ölkələr arasında toqquşma riski hələ də qalır. Dünyanın əsas liderləri burada yeni qlobal müharibənin tərəfdarları deyillər. Ona görə ki, müharibə olacağı təqdirdə böyük biznesin maraqlarına bütün dünyada zərbə vurulacaq. Bu isə yeni problemlər yaradacaq. Məhz bunun ucbatından “başqa əllə savaş” texnologiyası hazırlanıb. Buna əsasən, müharibəni böyük dövlətlər yox, onların müttəfiqləri aparırlar”./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar