Bu hərbçilərə kirayə haqqının verilməsi təklif edilir
02.03.2022 464 0.0 0

Azərbaycanda evi olan həbçilərə müəyyən hallarda kirayə haqqının verilməsi təklif edilir.

Məlumata görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Belə ki, məruzədə qeyd edilir ki, ipoteka qaydasında mənzil əldə edən və ya dövlət tərəfindən mənzillə təmin olunan hərbi qulluqçular xidmət yerini dəyişdikdə onlara müvəqqəti mənzil kirayəsi üçün kirayə haqqının verilməsi təklif edilir.

Qeyd edək ki, məruzə Milli Məclisin martın 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar