Bu günün məzənnəsi
23.04.2015 757 0.0 0

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində dəyişiklik bu gün də qeydə alınmayıb. Hazırda 1 dollar 1,0506 AZN-dir. 

Avronun məzənnəsi isə ucuzlaşmaqda davam edir. Belə ki, 1 avro 1.1267-dən 1.1252-yə qədər ucuzlaşıb.

Rusiya rublunun kursunda isə əksinə, bahalaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0195-dən 0.0201 manata qədər artıb. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar