Bu gün Rusiya və Türkmənistan prezidentləri arasında görüş olacaq
01.11.2016 944 0.0 0

Noyabrın 1-də Moskvada Rusiya və Türkmənistan prezidentləri Vladimir Putinlə Qurbanqulu Berdiməhəmmədov arasında görüş keçiriləcək.

 

Məlumata görə, bu barədə Kremlin məlumatında deyilir.

 

“Noyabrın 1-də prezident Vladimir Putinin dəvəti ilə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Moskvaya işgüzar səfər edəcək. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, bir sıra aktual regional məsələlər ətrafında müzakirələr aparılacaq”, məlumatda qeyd olunur. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar