Bu gün Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək
23.09.2015 599 0.0 0
Rusiya prezidenti Vladimir Putin Moskva Cümə məscidinin açılış mərasimində iştirak etmək üçün bu gün Rusiya paytaxtına səfər edəcək Rəcəb Tayyib Ərdoğanla danışıqlar keçirəcək.

“RİA Novosti”yə istinadən verdilən xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.      

 

Moskva Cümə məscidinin yeni kompleksinin açılış mərasimi bu günə, Qurban bayramının ərəfəsinə planlaşdırılıb.   

 

Bundan əvvəl Putin və Ərdoğan arasında görüş iyunun 13-də Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində baş tutub. Görüş qapalı şəraitdə keçirilib. Prezidentlər iri enerji layihələri, Ukraynadakı vəziyyət, mal dövriyyəsinin həcmini 100 mlrd dollara çatdırılması və digər məsələləri müzakirə edib. Bakı görüşündən sonra Putin və Ərdoğan arasında görüş olmayıb, danışıqlar telefonla aparılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar