Bu gün Çində Ay təqvimi ilə Yeni il bayramı qeyd olunur
28.01.2017 783 0.0 0

 Çin, Tayvan, Honkonq və Makao, həmçinin dünyanın hər bir yerində yaşayan milyonlarla çinli yanvarın 28-ni Bahar bayramı (Çuntsze) kimi qeyd edir.

Qazeta.info "Report"-a istinadla  xəbər verir ki, 2017-ci il Ay təqvimi ilə də Xoruz ili üzərində təhvil olunur.

Bu gün çin süfrəsində mütləq bolluğu rəmzləşdirən balıq olmalıdır. Həmçinin ailəlikcə pelmeni (Düşbərəyə oxşar xörək) bükmək adətdəndir. Bu bayram, təkcə yeməklərlə deyil, həm də "əjdaha rəqsi" və ya "şirlərin rəqsi", o cümlədən başqa maraqlı adətlərlə də əlamətdardır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar