Bu gün bu rayonlarda qaz olmayacaq
06.01.2017 1265 0.0 0

Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nizami rayonu, Ə. Kürçaylı küçəsi 20 ünvanında yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar yanvarın 6-da saat 10:00-dan 18:00-dək Nizami rayonu 8-ci kilometr qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

Aparılan işlərin Xətai rayonu Gəncə prospekti və UPD yaşayış massivinin  bir hissəsinin  qaz təchizatına təsir göstərməsi mümkündür./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar