Bu gün 8 rayon qazsız qalacaq
02.03.2016 881 0.0 0

Bakı şəhəri  Sabunçu, Binəqədi, Xəzər, Səbail, Yasamal, Abşeron, həmçinin Qəbələ və Masallı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, diametri 530 mm-lik yeraltı qaz xəttində aşkar olunmuş sızmanın ləğvi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş polietilen PE315 mm-lik qaz xəttinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması  və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə martın 2-də saat 10:00-dan işlər yekunlaşanadək  Sabunçu rayonunun Sabunçu, Bakıxanov qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun Binəqədi və Biləcəri qəsəbələrində, Xəzər rayonunun Quşçuluq massivi, Buzovna, Mərdəkan və Şüvəlan qəsəbələrində, Səbail rayonunun İstiqlaliyyət, Ş. Şamil, M.Hüseyn, T. Elçin, Lermontov küçələrində və Badamdar qəsəbəsində,Yasamal rayonunun B.Səfəroğlu və ətraf ərazilərdə, Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində eləcə də Qəbələ və Masallı rayonlarının   bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar