Bu gün 10 rayonda qaz olmayacaq
16.03.2016 658 0.0 0

Bakı şəhəri  Sabunçu, Binəqədi, Xəzər, Səbail, Yasamal, Nərimanov, Nəsimi, Suraxanı, həmçinin Astara və Siyəzən rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə martın 16-da saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Bakıxanov qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun Binəqədi qəsəbəsi və 7-8-ci mikrorayonlarında, Xəzər rayonunun Pirallahı, Şağan, Mərdəkan və Şüvəlan qəsəbələrində, Səbail rayonunun Ü.Hacıbəyov küçəsi ətraf ərazi, Nəsimi və Yasamal rayonlarında, Suraxanı rayonunun X. Ələkbərov, S. Əliyev, S. Bəhlulzadə küçələrində və Hövsan qəsəbəsində, Nərimanov rayonunun Azadlıq və Atatürk prospektlərində, Ə. Əliyev, C. Hacibəyli, T. Əliyev küçələrində, eləcə də Astara və Siyəzən rayonlarının bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar